Sürücülük vəsiqəsinin alınmasında bəzi dəyişikliklər ediləcəkbackend

Sürücülük vəsiqəsinin alınmasında bəzi dəyişikliklər ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təkliflər arasında ən maraqlısı avtobus idarə edən sürücülərə aiddir. İctimai nəqliyyatda baş verən hadisələri aradan qaldırmaq məqsədi ilə bu nəqliyyat vasitəsinin sürücülərinin yaş həddi artırılacaq. Yəni əvvəllər avtobus idarə etmək üçün sürücüdən minimum 3 il təcrübə və 21 yaşının olması tələb edilirdisə, indi müddətlər artırılıb.

Bundan başqa, D kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ maksimum 65 yaşadək olacaq. Yəni 65 yaşı keçmiş şəxs avtobus idarə edə bilməz. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov \”Xəzər xəbər\”ə açıqlamasında bu təklifin yanlış olduğunu deyib. Onun fikrincə, bu dəyişiklik yalnız ictimai nəqliyyata tətbiq olunmalıdır.

Digər əlavə isə DE kateqoriyası ilə bağlıdır. Qoşqulu avtomobil idarə etmək üçün yaş həddi 26-dan 65-ə qədər olacaq. Bundan əlavə, belə sürücülərdən ən az 3 il təcrübə tələb olunacaq.(xəzər tv)

İnterpress.az