Alma piroqubackend

Alma piroqu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:
200 qr kərə yağı
300 qr un
10 qr qabartma tozu
3 ədəd yumurta
Dondurma

Karamel üçün:
1 kq alma
20 qr darçın
500 qr şəkər tozu
50 qr kərə yağı
200 qr qaymaq

Hazırlanması:
Alma təmizlənib dilimlənir. Üzərinə darçın səpilir. şəkər, yağ, qaymaq əlavə edilib qovrulur.
Yağ və şəkər çırpılır, üzərinə yumurta əlavə edilib təkrar çırpılır. Qarışığa un, qabartma tozu qatılıb xəmir yoğrulur.
Xəmir 2 hissəyə bölünür. Xəmirin bir hissəsi yağlanmış formaya yayılır, 220 dərəcəyədək qızdırılmış sobada 7-10 dəq. bişirilir.
Sobadan çıxarılır, üstünə almalı içlik tökülür, 2-ci hissə xəmir yayılıb təkrar sobada 20-30 dəq. bişirilir.

İnterpress.az