Bunu \”Neftçi\” klubunun baş həkimi Şaiq Zöhrablı \”Report\”a bildirib.
Onun sözlərinə görə, komandanın baş məşqçisi Vəli Qasımov Bakıdakı \”HB Güven\” klinikasında müalicə alır:
\”Bu gün təkrar müayinə keçiriləcək və ondan sonra qərar veriləcək. Bu cür hallarda 2-3 gündən sonra xəstə evə buraxılır. Amma əlavə hansısa bir xəstəliklər aşkarlansa, o zaman müddət bir həftə də ola bilər. İndiki halda isə vəziyyət normaldır\”.
Qeyd edək ki, baş məşqçi V.Qasımov dünən gecə hipertonik kriz diaqnozu ilə xəstəxanaya yerləşdirilib.