Musavat.com-un verdiyi xəbərə görə Gökçək bu iddiasını aşağıdakı sözlərlə ifadə edib: “İnanaraq və israrla söyləyirəm… İqtisadiyyatımızı çökdürmək üçün xarici güclər İstanbulda süni zəlzələ planlayırlar. Dünya bilsin, budur mənim söylədiklərmin sübutu: Şimali Koreya dənizdə nüvə sınaqları keçirdi, 5,3 ballıq zəlzələ meydana gəldi…\”
Melih Gökçək Tvitterdə atdığı mesajlarda Türkiyədə bir çox ölkənin seysmik araşdırmalar apardığına diqqət çəkib: \”Təcili tədbirlər görülərək Mərmərədə bütün xarici ölkələrin seysmik araşdırma aparması və sualtı qayıqların keçidi qadağan edilməlidir…\”
Melih Gökçək ABŞ-ın FETÖ-ya Gölçükdə olduğu kimi zəlzələ törətmək barədə söz verdiyini bildirib.
İnterpress.az