Qırmızı acı bibərin faydalarıbackend

Qırmızı acı bibərin faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı acı bibər bir çox xəstəliklərin müalicə və profilaktikasında çox faydalı təsirə maılikdir. Belə ki, qırmızı acı bibər soyuqdəymə və qrip zamanı xəstəliyin əlamətlərini aradan qaldırır və xəstəliyin sağalmasını sürətləndirir.
Qırmızı acı bibər bağırsaqlarda olan parazitlərə qarşı təsir göstərmək qabiliyyətinə malikdir.
Depressiya xəstələri aşağıdakı qarışımdan istifadə etməklə xəstəliyin əlamətlərini aradan qaldıra bilərlər:
– 1,5 qram qırmızı acı bibər
– 1,5 qram qara istiot
– 1 xörək qaşığı bal
– yarım stəkan süd.
Bu qarışımdan 20 gün, gün ərzində bir dəfə qəbul edilərsə, depressiya xəstəliyi sağalar, mədə-bağırsaq və həzm sisteminin fəaliyyəti normallaşar, qan dövranı sürətlənər. Hazırlanan qarışımdan aşağıdakı orqanların xəstəliklərinin müalicəsində də istifadə edilir:
– dalaq xəstəlikləri
– böyrək xəstəlikləri
– mədəaltı vəzin xəstəlikləri.
Mütəxəssislər acı bibərin orqanizmə çox faydası olmağına baxmayaraq, mədəsində problemləri olan adamlara acı bibərdən mümükün olduğu qədər uzaq durmağı tövsiyə edir.

İnterpress.az