Ekstremizmdə şübhəli bilinən 3 qadın saxlanılıbbackend

Ekstremizmdə şübhəli bilinən 3 qadın saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeş polisi paytaxtda keçirdiyi xüsusi əməliyyat zamanı bir silahlını zərərsizləşdirib və ekstremizmdə şübhəli bilinən bir neçə qadını saxlayıb.

\”Report\”un məlumatına görə, bu barədə \”Reuters\” agentliyi polisə istinadən xəbər yayıb. Polis nümayəndəsi Sahabuddin Kureşi bildirib ki, silahlıların olduğu sığınacaqda keçirilmiş reyd zamanı ekstremizmdə şübhəli bilinən 3 qadın polisə müqavimət göstərib. Lakin qadınlar yaralanıblar. Əməliyyat zamanı həmçinin 5 polis əməkdaşı da xəsarət alıb.

Qeyd edək ki, iyulun əvvəllərində bu ölkədə iki irimiqyaslı terror aktı baş verib. İyulun 1-də silahlı şəxslər diplomatik nümayəndəliklərin olduğu ərazidə restorana hücum edərək, 17-i xarici ölkə vətəndaşı olmaqla 20 girovu öldürüblər.

Bir neçə gün sonra isə ölkədə başqa bir terror hadisəsi baş verib. Polis əməkdaşlarına hücum nəticəsində 2 asayiş keşikçisi və 1 qadın öldürülüb.
Hər iki terror aktının təşkilatçıları həbs olunub.

İnterpress.az