Donald Reyqana qarşı sui-qəsd törətmiş şəxs azadlıqdabackend

Donald Reyqana qarşı sui-qəsd törətmiş şəxs azadlıqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyulunda federal hakim 61 yaşlı Hinklinin özü və ictimaiyyət üçün artıq təhlükə yaratmadığına dair qərar verib.

Qərara əsasən, Con Hinkli Virciniya ştatının Uilyamsburq şəhərində yaşayan anasının evində məskunlaşmalı, mətbuat nümayəndələri ilə təmas qurmamalı, xüsusi icazə olmadan internetdən, sosial şəbəkələrdən istifadə etməməli, alkoqollu içkilər və narkotik vasitələr qəbul etməməlidir.

Qeyd edək ki, Con Hinkli 1981-ci ilin martın 30-da Donald Reyqana qarşı sui-qəsd törədib. O, prezidentə yaxınlaşaraq tapançadan 6 dəfə atəş açıb. Hücum nəticəsində Donald Reyqan sinəsindən ağır güllə yarası alıb, insident nəticəsində daha 3 nəfər yaralanıb. Məhkəmə prosesi zamanı onun ruhi xəstə olduğu sübuta yetirilib və o ruhi xəstələr üçün ciddi rejimli dispanserdə məcburi müalicəyə məhkum edilib. (apa)

İnterpress.az