Türkiyədə 62 yaşlı Azərbaycan vətəndaşı çimərlikdə boğulubbackend

Türkiyədə 62 yaşlı Azərbaycan vətəndaşı çimərlikdə boğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saat 19:00 radələrində suda hərəkətsiz vəziyyətdə duran F. Əhmədovu görən turistlər dərhal polisə məlumat veriblər. Sahildəki xilasedicilər 1954-cü il təvəllüdlü F. Əhmədovun cəsədini sahilə çıxarıblar. Həkimlər onun həyatını itirdiyini müəyyənləşdiriblər. F. Əhmədovun ölüm xəbərini alan qızı və yaxınları çimərliyə gəliblər. Onun yaxşı üzə bilmədiyi də məlum olub.

F. Əhmədovun həyat yoldaşının da keçən il Antalyada həyatını itirdiyi üzə çıxıb. Polis olayla bağlı araşdırmaya başlayıb.

Interpress.az