Terror təhlükəsi ilə əlaqədar izlənən insanların sayı açıqlanıbbackend

Terror təhlükəsi ilə əlaqədar izlənən insanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün Fransanın baş naziri Manuel Vals “Europe 1” radiosuna müsahibəsində bildirib.

M. Vals bu insanların radikallaşma prosesində olduqlarını söyləyib: “Terror təhlükəsi maksimumdur. Biz bunu son günlər də gördük. Hər gün kəşfiyyat xidməti, polis terror aktlarının qarşısını alır, terrorçuları izləyir. Biz hədəfik, hər kəs bunu başa düşüb. Bu həftə ən azı iki terror aktının qarşısı alınıb”.

Baş nazir İraq və Suriyada müharibəyə 700 fransızın yollandığını, onların arasında 275 qadın və onlarla yeniyetmə olduğunu nəzərə çatdırıb: “Dinc sakinlər arasında başqa terror aktları baş verə və qurbanlar ola bilər”.

İnterpress.az