Keçmiş nazirin oğlu küçələrdə yaşayır – FOTObackend

Keçmiş nazirin oğlu küçələrdə yaşayır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ruhullah Xomeyninin dövründə İranda Daxili və Xarici İşlər Naziri Məhəmməd Cəfər Behbehaninin oğlu 55 yaşında Əli Behbehani, 5 il əvvəl İrandan Türkiyəyə qaçdı.
Linfoma xərçəngindən əziyyət çəkən Behbehani, kömək dərnəkləri tərəfindən özü üçün tutulan evdən çıxarıldıqdan sonra əşyalarıyla küçədə yaşamağa başladı.
Şiə məzhəbinə qarşı çıxdığı üçün deportasiya edildiyini söyləyən Behbehani, Adapazarında çətinliklər içində həyat mübarizəsi verdiyini ifadə etdi.
Təxminən 3 aydır əşyalarıyla birlikdə küçədə yaşadığını izah edən Əli Behbehani:
-\”Allah razı olsun bələdiyyədən mənə kömək olunur, ancaq heç bir şeyə çatmır. İş tapa bilmirəm. Dövlət mənə sahib çıxmasını istəyirəm, qurban olum sizə”- deyə Behbehani bildirib.

Keçmiş nazirin oğlu küçələrdə yaşayır - FOTO

İnterpress.az