Obamaların romantik fotoları dərc olunub – FOTObackend

Obamaların romantik fotoları dərc olunub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məqalədə deyilir ki, qaradərili qadınların lüks Essence jurnalının üz qabığında ölkənin birinci cütünün aşiqanə fotosu verilib, jurnalın içində isə ər-arvadın çox sayda başqa fotoları və məqalə dərc edilib.

Jurnalın bu nömrəsi oktyabr ayında çıxacaq, lakin artıq sosial mediada bu fotolara münasibət bildirənlərin minlərlə postu dolaşır.

İstifadəçilərin diqqətini ən çox cəlb edən fotolar prezident və xanımı arasında dərin sevgini əks etdirənlərdir.

\”Mənim Obamalarda ən xoşuma gələn və ən əsas cəhət onların bir-birinə sevgisidir\” – yazır Tvitter istifadəçisi Jaimee Turner.

Başqa bir istifadəçi Nichole əlavə edir: \”Bəli, qara məhəbbət. Obama məhəbbəti. Qara vücudların məhəbbəti…

\”The Telegraph\” yazır ki, xanım Obama Ağ Evdə yaşadığı bütün dövr ərzində sağlamlıq idmanını təbliğ edib.

Həm də Variety jurnalının ötən ay çıxmış nömrəsində Michelle Obama öz ailəsinin afroamerikalı uşaqlara müsbət təsirindən razı qaldığını söyləyib.

Özünün səkkiz illik hakimiyyəti barədə danışan Barack Obama isə deyib ki, qoyub getdiyi irslə fəxr edir.

Cənab Obama deyib ki, o ailəsi ilə birlikdə Ağ Evdə yaşadığı anlardan ən çox yay gecələrində qızları ilə yaşıl çəmənlikdə gəzməsini və qızmar istidə ailənin iti Bonu gəzdirməsini xatırlayacaq\”. (bbs)

Obamaların romantik fotoları dərc olunub - FOTO

Obamaların romantik fotoları dərc olunub - FOTO

Obamaların romantik fotoları dərc olunub - FOTO

Obamaların romantik fotoları dərc olunub - FOTO

Obamaların romantik fotoları dərc olunub - FOTO

İnterpress.az