Dustaqlar ümummilli tətilə başladıbackend

Dustaqlar ümummilli tətilə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən cümədən ABŞ-da dustaqlar ümummilli tətilə başlayıb.
Tətildən məqsəd həbsxanalardakı saxlanma şəraitinə etiraz etməkdir. Məhbuslar türmədə gördükləri işlərə görə əmək haqlarının artırılmasını tələb edirlər. Eyni zamanda onlar həbs yerlərindəki səhiyyə sistemindən və həbsxanaların normadan artıq doldurulmasından narazıdırlar. Dustaqların hüquqlarını müdafiə edən ictimai fəallar onların vəziyyətini qullarınkına bənzədirlər.

Artıq Amerika KİV Florida ştatındakı iki türmədəki iğtişaşlardan yazır. Hazırda həmin həbsxanalarda fövqəladə vəziyyət elan edilib, məhbuslar isə izolə olunub. Hakimiyyət hələ çərşənbə günü axşam Floridanın şimal qərbindəki Xolms türməsində qalxan üsyandan sonra əlavə tədburər görməyə başlayıb. 400 dustağın iştirak etdiyi iğtişaşları cümə axşamı səhərədək sakitləşdirmək mümkün olmayıb. Nəticədə həbsxananın bir neçə otağı dağıdılıb. Ştat hökuməti iğtişaşların digər türmələrə də keçməsindən narahatdır. Fəallar xəbər verir ki, artıq Alabama, Texas və Cənubi Karolina ştatlarında da məhbuslar tətilə başlayıblar. Bu arada sosial şəbəkələrdə bütün ölkədəki dustaqları tətilə başlamağa çağıran müraciətlər yayılıb.

Qeyd edilir ki, etiraz aksiyaları 1971-ci ildə Nyu-York ştatındakı Attika türməsində baş vermiş qiyamın ildönümündə başlayıb. Həmin insident zamanı saxlanma şəraitinə etirazən üsyana qalxan dustaqlar həbsxananı bütövlükdə əl keçirərək bir neçə gün əllərində saxlamışdılar. Nəticədə polis türməni hücumla ələ keçirməyə məcbur olmuşdu. Qiyam və polisin hücumu zamanı 43 insan həəlak olmuşdu.
Xatırladaq kı, hazırda ABŞ türmələrində 2,2 milyon nəfərdən çox adam var. (bbs)

Dustaqlar ümummilli tətilə başladı

Dustaqlar ümummilli tətilə başladı

İnterpress.az