İraq ərazisinə daxil olaraq antiterror əməliyyatı keçirilibbackend

İraq ərazisinə daxil olaraq antiterror əməliyyatı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın verdiyi məlumata görə, sentyabrın 10-da Türkiyə-İraq sərhədində, Şimali İraqdakı Kelaspi dağı ətəklərindən Türkiyənin Şırnak rayonuna sızmağa çalışan 40 PKK terrorçusundan ibarət qrup aşkarlanıb.

Bununla əlaqədar sentyabrın 11-də gecə saat 3:00 radələrində 600 hərbçidən ibarət iki tabor Şırnakdan İraq sərhədini keçərək 4 km irəliləyib.

Antiterror əməliyyatı zamanı 10 terrorçu öldürülüb, bir ədəd iriçaplı pulemyot və xeyli sursat da ələ keçirilib.

Türkiyə hərbçiləri səhər saat 9:00 radələrində Türkiyəyə qayıdıblar.

İnterpress.az