Qol.az-ın qitəninin ali futbol qurumunun saytına istinadən yaydığı xəbərə görə, müvafiq razılıq FİFA-nın Etika Komitəsi tərəfindən alınıb.
Qeyd edək ki, UEFA-nın Konqresi sentyabrın 14-də Afinada keçiriləcək və quruma yeni prezident seçiləcək.
Xatırladaq ki, rüşvət almaqda təqsirləndirilən UEFA-nın əvvəlki prezidenti Mişel Platininin futboldakı bütün faəliyyətinə 8 il müddətində qadağa qoyulmuşdu. Onun FİFA Apelyasiya Komitəsinə şikayətindən sonra cəza 6 ilə endirilib. İdman Arbitraj Məhkəməsi isə cəzanı bir qədər də azaldaraq 4 ilə salıb.
İnterpress.az