Bu mahnını oxuyan hər kəs vaxtsız ölür – “Başım bəlada” – VİDEObackend

Bu mahnını oxuyan hər kəs vaxtsız ölür – “Başım bəlada” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ahmet Kaya sevərlər söhbətin hansı mahnıdan getdiyini bildi. “Başım bəlada” – sözləri Yusuf Xəyaloğlu, musiqisi isə Ahmet Kayaya məxsus, müğəninin 1991-ci ildə işıq üzü görən eyniadlı albomunda yer alan ilk mahnı.

Bütün mahnıların taleyi eynidir əslində. Ya tutar, ya da tutmaz. Bunu mahnının uğurlu olub-olmamağı ilə əlaqələndirmək doğru deyil. Bəzi mahnıların taleyi tozlu lent yazıları arasında itib-batmaqdır. Amma istisnaları da unutmamaq gərək. “Başım belada” mahnısı da onlardan biridir.

Bu mahnı onu yaradanları məhv edərək yaşadı. Buna “uğursuzluq”, yaxud da “lənətlənmiş” kimi adlar vermək yanlış olardı. Sadəcə onu deyə bilərik ki, mahnı onu formalaşdıran hər kəsə cavan yaşda ölüm gətirdi…

İlk olaraq, mahnının yaradıcısı, sözləri formalaşdıran Yusuf Xəyaloğlundan başlayaq. O, nəğməkar şair və rəssam olub. Bacısı Gültənin 1986-cı ildə Ahmet Kaya ilə ailə həyatı qurması onun həyatının dönüş nöqtəsinə çevrilib. İllərdir cızma-qara edib kənara atdığı şeirlər Ahmet Kaya ilə tanışlıqdan sonra gün üzünə çıxıb. Amma onların arasındakı iş birliyi çox da uzun çəkməyib. Vaxtsız ölüm iki müttəfiqin yollarını ayırıb. Yusuf Xəyaloğlu 2009-cü il martın 3-də müalicə aldığı xəstəxanada 56 yaşında ağ ciyər xərçəngindən dünyasını dəyişib.

Ahmet Kaya Türkiyədə 1980-1990-cı illərdə çıxardığı albomlar və verdiyi konsertlərlə tanınmış müğənni, bəstəkardır. “Şəfəq türküsü” adlı ilk albomu 1985-ci ildə işıq üzü görüb. Onlarla məşhur mahnıya imza atan sənətçinin hər oxuduğu mahnı və yazdığı söz gündəm yaradıb. Öz deyimi ilə desək, polis məntəqəsin onun ikinci evi olub. Ahmet Kaya 2000-ci ildə 43 yaşında Parisdəki evində ürəktutmasından (infarkt) dünyasını dəyişib.

Ahmet Kayadan sonra mahnı Kıvırcık Alinin ifasında səsləndirilib. Kıvırcık Ali türk xalq musiqi sənətçisidir. Musiqi kariyerasına 1994-cü ildən başlayıb. Amma 1998-ci ilə qədər hazırladığı albomların heç biri satışa çıxarılmayıb. İlk solo albomu 1999-cu ildə “Gül tükəndi, mən tükəndim” adı ilə işıq üzü görüb. Türkiyə və Almaniyada çox sayda konsertə imza artıb. “Kıvırcık Ali” adı ilə tanınan sənətçi 11 yanvar 2011-ci ildə öz avtomobili ilə keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib.

Mahnı onu yaradanların hamısına erkən yaşda ölüm gətirdi. Yusif Xəyaloğlu, Ahmet Kaya və Kıvırcık Ali…

Gələk mahnının sözlərinə. Mahnının sevgi və vida cümlələri üzərində qurulan ikinci hissəsi çox təsirlidir.

Əsmər bir qızı sevməklə başlayır hekayə…

Vaxt keçdikcə fərqinə varırsan. Bu sevgi nə sənin, nə də onun inana bilməyəcəyi qədər böyükdür. Onunla yaşayırmış kimi bu sevgi səni hər tərəfdən əhatə edir. Nədənsə sonda deməli olursan ona sevdiyini. Amma sevgin qarşılıqsızdır…. Nə qədər çox onsuz yaşaya bilmədiyini başa salsan da olmur. Bütün bunları öz-özünə təkrar edərək yaşamağa davam edirsən, ümidsizcə… (atv.az)

İnterpress.az