Almaniya İD missiyasına görə üç suriyalını həbs edibbackend

Almaniya İD missiyasına görə üç suriyalını həbs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən hücumlar törətmək üçün göndərilməkdə şübhəli bilinən üç suriyalı şəxs Almaniyanın şimalında həbs edilib, prokurorluqdan bildirilir.
17, 18 və 26 yaşlarında olan şəxslər çərşənbə axşamı həyata keçirilmiş ardıcıl reydlərin ardından saxlanılıb.
Polisin \”müfəssəl materialları\” ələ keçirdiyi bildirilir.
Lakin hələlik heç bir konkret missiya və ya tapşırıq müəyyən edilməyib, Federal Dövlət Prokurorluğu bildirib.
Bəyanatda deyilir ki, istintaqın gəldiyi qənaətə görə hər üç şəxs Almaniyaya 2015-ci ilin noyabr ayında \”[İD-in] daha əvvəl müəyyənləşdirilmiş tapşırıqlarını yerinə yetirmək və ya yeni təlimatları gözləmək üçün\” gəliblər.
Onların saxta pasportlarla Türkiyə və Yunanıstan vasitəsilə səyahət etdikləri bildirilir. (bbs)

İnterpress.az