20 yaşlı qız Kürdə batdıbackend

20 yaşlı qız Kürdə batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Kür çayında batan şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan şəxs rayonun Narlıq kənd sakini 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızıdır.

Hazırda axtarışlar davam etdirilir.

İnterpress.az