Çəkisi 30 800 kq olan meteorit Çako əyaləti yaxınlığında aşkar edilib. Ekspertlər hesab edir ki, bu, Yerə düşən meteoritlər arasında böyüklüyünə görə ikincidir.
Ehtimallara görə, meteorit 4 000 il öncə meteor axını zamanı yerə düşüb.
Qeyd edək ki, tapılan meteoritlər arasında ən böyüyü Qobadır. Həmin meteorit təxminən 1 əsr öncə Namibiyada aşkarlanıb.
İnterpress.az