İnterpress.az “BBC”-yə istinadən xəbər verir ki, Türkmənistan parlamentində səs çoxluğu ilə qəbul edilən konstitusiya dəyişiklikləri, prezident Qurbanqulu Berdimehemmedov tərəfindən təsdiqlənib.
Beləliklə, Qurbanqulu Berdimehemmedov ömrünün sonuna qədər də hakimiyyətdə qala bilər.
2006-cı ildə Səfərmurat Niyazovun ölümü ilə prezidentlik vəzifəsinə gələn Bərdiməhəmmədov 59 yaşındadır.
Qeyd edək ki, Türkmənistanda həm Niyazovun, həm Berdimehemmedovun Aşqabadda qızıldan heykəlləri var.
İnterpress.az