Atəşkəs 48 saat uzadılacaqbackend

Atəşkəs 48 saat uzadılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet.com”-a istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Mark Toner, mətbuat konfransında Suriyadakı atəşkəsin son vəziyyəti ilə bağlı sualları cavablayıb.
Toner bildirib ki, Kerri və Lavrov telefon danışığı ilə Suriyada 12 sentyabr tarixində başlayan 7 günlük atəşkəsin 2 gün daha uzadılmasını qərarlaşdırıblar.
Əvvəlki günlərə nisbətən Suriyada vəziyyətin yaxşılaşdığını vurğulayan Toner, bəzi pozuntuların olduğunu da gözarda etməyib.
Toner: “Humanist yardımların yerinə çatdırıldığını hələ görmürük”. Bu sözlərlə o Rusiyanın Əsədə daha çox təzyiq göstərməsinin vacib olduğuna diqqət çəkib.
Xatırladaq ki, Qurban bayramında Suriyada atəşkəs olması ilə əlaqədar ABŞ və Rusiya 9 sentyabrda Cenevredə razılığa gəlmişdi.
Bir həftə davam edəcəyi deyilən atəşkəs, 12 sentyabr bazar ertəsi Suriya yerli saatı ilə 18:45-də başlamışdı.

İnterpress.az