Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova İnterpress.az-a bildirib ki, xəstəxanaya yüksək hərarətlə gətirilən Ələkbərov Rahimə tibbi yardım göstərilib. Daha sonra valideynlərinin təkidi ilə evə aparılıb:
“Evdə vəziyyəti ağırlaşdığı üçün növbəti dəfə xəstəxanaya gətirlib. Bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Ölümünə səbəb hərarətinin olub- olmaması tibbi ekspertiza tərəfindən araşdırılır”.
Gülşanə Mustfayeva
İnterpress.az