700 bal toplayan 3 tələbə BANM-ni seçib- REKTORbackend

700 bal toplayan 3 tələbə BANM-ni seçib- REKTOR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il ali məktəblərə I qrup üzrə keçirilən qəbulda BANM üzrə ümumi orta göstərici 667 bal olub. O, I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 2 tələbənin məhz bu ali təhsil müəssisəsinə daxil olub.

İnterpress.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib.

Rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BANM-in yaradılması haqda Fərmanının verməsini Ali Məktəbin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin reallaşmasına bariz nümunə hesab edir.

E. Qasımov çıxışı zamanı Ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsis edilmiş qarşıdan gələn “20 sentyabr-Neftçilər günü” münasibəti ilə də bütün Azərbaycan neftçilərini ürəkdən təbrik edib və BANM-in tələbələrinin gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi bu sahəyə öz töhfələrini verəcəyinin əminliyini bildirib.

Elmar Qasımov bu il BANM-ə qəbul olan 17 tələbənin Prezident təqaüdçüsü adına layiq görüldüyünü də vurğulayıb.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbində (BANM) 2016/2017-ci tədris ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib. Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts, o cümlədən SOCAR-ın vitse-prezidentləri və struktur rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və beynəlxalq transmilli şirkətlərin rəhbərləri, eyni zamanda BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

Gülşanə Mustfayeva
İnterpress.az