Ukraynanın şərqinə “atəşkəs” ziyarətibackend

Ukraynanın şərqinə “atəşkəs” ziyarəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “dw.com”-a istinadən xəbər verir ki, Fransa və Almaniyanın Xarici İşlər Nazirləri Rusiya meylli qüvvələrin nəzarətində olan bölgələrin vəziyyəti ilə bağlı çox danışıldığını və buna görə də bölgəyə ziyarət etməyə ehtiyac duyduqlarını açıqlayıb. Nazirlər qeyd edib ki, insanlar gedən proseslərdən çox zərər çəkib, onlar öz işlərini itiriblər. Bölgə iqtisadiyyatı günü0gündən zəifləyir.
Stayenmayer və Ayrault, Ukrayna və Rusiyadan sülh mərhələsində yeni addımlar atmağını istəyib. Bunun üçün iki ölkə arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün səylərini davam etdirəcklərini də əlavə ediblər.
Ayrault: “Yaxın zaman ərzində Almaniya, Fransa, Rusiya və Ukraynadan nümayəndələrin iştirakı ilə zirvə görüşü keçirmək istəyirik”.
Rəsmi Moskva da bu görüşə hazırdır.
Rusiya dövlət katibi Peskov, Putinin oktyabr ayında müzakirələrə hazır olduğunu ifadə edərək Minsk Sülh Müqviləsinin tamamilə həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. Həmçinin, Peskov hər iki nazirin barışdırma səylərini məmnuniyyətlə qarşılayıəb.
Xatırladaq ki, təxminən iki ildən bəri davam edən münaqişədə ən azı 9 min 600 nəfər həyatını itirib.

İnterpress.az