Bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Mirziyoyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyasının siyasi şurasının iclasında irəli sürülüb.
Xatırladaq ki, Özbəkistanın ilk prezidenti İslam Kərimov sentyabrın 2-də insult nəticəsində 78 yaşında vəfat edib. Sentyabrın 8-də Özbəkistan parlamentinin hər iki palatasının keçirilən iclasında prezident səlahiyyətlərinin icrası baş nazir Şövkət Mirziyoyevə tapşırılıb.
Mirziyoyev 2003-cü ildən bəri baş nazir vəzifəsində çalışır. Bundan əvvəl o, Cizak və Səmərqənd vilayətlərini qubernatoru olub.
Qeyd edək ki, Konstitusiyaya əsasən prezident səlahiyyətləri Senatın sədri Niqmatulla Yuldaşevə keçməli idi. (azvision.az)
İnterpress.az