“Rusiya Krımı zəbt etməyib” – Putin cavab verdibackend

“Rusiya Krımı zəbt etməyib” – Putin cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TASS xəbər verir ki, Rusiya dövlət başçısı MDB ölkələrinin sammitində çıxışı zamanı deyib: “Krımda baş verənlər Ukraynanın müəyyən siyasi qüvvələrinin qanunsuz hərəkətlərinin nəticəsidir”.

Vladimir Putin Rusiyanın Krımı zəbt etmədiyini və yarımada əhalisinin öz müqəddəratını referendum vasitəsilə həll etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl, Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko sammitdə çıxışı zamanı Rusiyanı Krımı işğal etməkdə ittiham edib.

İnterpress.az