İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, sərhədlər haqqında bu söhbət, Rusiya coğrafiya cəmiyyətinin mükafatlandırma mərasimində baş tutub.
Məlumata görə, Putini coğrafiya üzrə çoxlu olimpiyada və konkurslarda iştirak etmiş beşyaşlı Timofey və doqquzyaşlı Miroslavla tanış ediblər.
Putin Miroslavdan Rusiya sərhədlərinin harada bitdiyini soruşub. \”Rusiyanın sərhədləri ABŞ tərəfdə Berinq boğazında…\” – deyə məktəbli cavab başlayıb.
Bunu eşidən Putin bildirib: \”Rusiyanın sərhədləri heç yerdə bitmir.\”
İlk baxışda qəribə görünən bu bəyanat əslində doğrudur. Çünki ölkənin sərhədindən fərqli olaraq, dövlət sərhədi xəyali xətt kimi təsvir olunur.
Rusiya coğrafiya cəmiyyəti (RSC) dünyanın ən qədim coğrafiya cəmiyyətlərindən biridir. O, 1845-ci ildə yaradılıb.
2010-cu ildə RSC -nin qəyyumlar şurası yaradılıb və rəhbəri Vladimir Putindir. Cəmiyyətin prezidenti 2009-cu ildən bəri Rusiyanın Müdafiə naziri Serqey Şoyqudur.
İnterpress.az