İnterpress.az-ın məlumatına görə, “Sinxua” agentliyi xəbər verir ki, hadisə ötən gecə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə 03.00-da) Fençen dairəsində baş verib.
İnşa edilən soyuducu qüllənin uçması nəticəsində daha iki nəfər xəsarət alıb. Ölənlərdən 68 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Axtarış-xilasetmə əməliyyatında 400 nəfər iştirak edir.
İnterpress.az