İnterpress.az xəbər verir ki, ərini bıçaqladıqdan sonra özünü pəncərədən atmaq istəyən qadına 70 yaşlı qaynanası mane olub.
Gecə yarı baş verən dəhşəti polislərə danışan Hacer İlkmən hadisə baş verdiyi günü belə xatırlayır:
\”Əvvəl dalaşdılar, mübahisə daha da böyüdü. 2 yaşlı uşaqlarının yanında bir-birlərini təhqir etdilər, söyüş söydülər. Mən o biri otaqda idim. Birdən eşitdim ki, oğlum \”Ana yandım\” deyə qışqırıb, məni haraylayır. Qəfildən oğlumun səsi kəsildi. Gəldim gördüm ki, gəlinim özünü pəncərədən atmaq istəyir, ona mane oldum\”. (sonxeber)
İnterpress.az