Qaçqın düşərgəsində qarşıdurmabackend

Qaçqın düşərgəsində qarşıdurma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”BBC\” istinadən xəbər verir ki, Türkiyə ilə sərhəddə olan Harmanlı düşərgəsində iki gün öncə karantin elan edilib və bu addım düşərgə ərazisində infeksiyanın yayılması ilə əlaqədar atılıb. Rəsmilər bildirib ki, iddialar yalandır.
Bu qərardan narazı qalan əsasən Əfqanıstandan olan yüzlərlə qaçqın etiraz əlaməti olaraq polisə daş atıb, avtomobil şini yandırıb. Cavab olaraq polis etirazçıları dağıtmaq üçün su şırnağı tətbiq edib.
Məlumata görə, bir neçə polis yaralanıb.
Ötən bazar günü yerli sakinlər kütləvi informasiya vasitələrində miqrantlar arasında xəstəliyin başlanması haqqında məlumatın yayılmasından sonra düşərgəni bağlamaq tələbi ilə etiraz aksiyası keçirib.
Bolqarıstanda qaçqınların işləri üzrə agentliyin başçısı öz növbəsində qeyd edib ki, düşərgədə karantin elan edilməsi üçün heç bir real səbəb olmayıb.
Təxminən 13 min miqrant hələ də Avropa İttifaqının ən kasıb ölkəsi olan Bolqarıstanda çətin vəziyyətə qalıb.
Qanunsuz keçidin qarşısını almaq məqsədilə ölkə Türkiyə ilə sərhəddə hasar tikib və sərhəd nəzarətini gücləndirib.

İnterpress.az