Azərbaycanda məhv edilən terrorçu vəhhabi imişbackend

Azərbaycanda məhv edilən terrorçu vəhhabi imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Sputnik-ə Xaçmaz rayon Polis İdarəsindən məlumat verilib. Sputnik-in bir qədər əvvəl verdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xaçmaz rayon Polis İdarəsindən olan kolleqaları ilə birgə əməliyyat keçirərək Rusiya-Azərbaycan sərhəddində terrorçuluqda təqsirləndirilən bir şəxsi məhv ediblər.

Məlumata görə, Rəhimov təslim olmaq tələbinə məhəl qoymayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına \”Makarov\” tipli tapançadan atəş açıb. Nəticədə cavab atəşi ilə cinayətkar məhv edilib.

Rəhimov Xaçmazın Düztahiroba kəndində yaşayıb və şübhəli həyat tərzi sürüb. Hal-hazırda hüquq-mühafizə orqanları Rəhimovun getdiyi yolun izinə düşməyə çalışırlar. Əldə olunan məlumata görə, o, xaricdə fəaliyyət göstərən və özünü \”Camaatın əmiri\” adlandıran terror təşkilarının üzvü olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyatın keçirildiyi yerdə Rəhimov tərəfindən toplanmış silah-sursat aşkarlanıb. Bazar ertəsi Azərbaycanın Rusiya ilə həmsərhəd olan şimal rayonunda iki ölkənin hüquq-mühafizə orqanlarının \”Sərhəd qalxanı\” adlı birgə illik əməliyyatlarına start verilib. İlkin məlumatlara görə, silahlı Rəhimovun olduğu yer də sözügedən əməliyyat çərçivəsində müəyyən edilib.

İnterpress.az