İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, İranda iki sərnişin qatarı paytaxt Tehranın 400 km şərqində yerləşən Semnan əyalətinin Şahrud qatar stansiyasında toqquşub.
Hadisədən sonra yanğın başlayıb.
Son məlumatlara görə, hadisə nəticəsində 31 nəfər ölüb, 100 adam isə yaralanıb.
İnterpress.az