Tələbələr dərsə milli geyimdə gəldilər – Fotobackend

Tələbələr dərsə milli geyimdə gəldilər – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təşəbbüs çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələri dərsə müxtəlif çalarlı milli geyim və ya onun hər hansı bir elementini əks etdirən tərzdə gəliblər.

ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Azərbaycan xalqının özünəməxsus tarixi, mədəniyyəti və adət-ənənələrinin olduğunu bildirib. O, xalqımızın mədəni həyatında mühüm yer tutan milli geyimlərin universitet əməkdaşları və tələbələri tərəfindən təbliğ edilməsini yüksək qiymətləndirib.
Dünyamin Yunusov xalqımıza xas olan dəyərləri unutmamağın vacibliyini vurğulayıb. Tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsi məqsədi daşıyan layihəyə əsasən hər ayın bir günü universitet tələbələrinin könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlməsi nəzərdə tutulub.

Təşəbbüs çərçivəsində milli musiqi proqramı təşkil olunub. Proqramda Asəf Zeynallı adına Musiqi Kollecinin muğam üçlüyü, aşıq İlham Aslanbəyli, Dövlət Televiziyasının solistləri-Mirələm Mirələmov və Kamilə Nəbiyeva, həmçinin ADU-nun tələbələrinin ifası maraqla qarşılanıb.

İnterpress.az