Bakıda məktəbdə dava – Müəllim, valideyn döyüldübackend

Bakıda məktəbdə dava – Müəllim, valideyn döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi dava zamanı 5 nəfər xəsarət alıb. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən verilən məlumata əsasən, məktəbdə dərs zamanı 10 b sinif şagirdi Ramin Zeynalov 11-ci sinif şagirdi İntiqam Abidov tərəfindən sinifdə döyülüb. Hadisə 10 b sinifinin rəhbəri Aynurə Hüseynzadənin sinifdə olduğu vaxt qeydə alınıb.

Məlum olub ki, davaya səbəb 10 b sinif şagirdi R.Zeynalovun sinif yoldaşı Gövhər Yaqubova ilə mübahisəsi olub. İ.Abidov isə özünü G.Yaqubovanın sevgilisi kimi qələmə verib. R.Zeynalovun anası Zəminə Zeynalova davadan xəbər tutaraq məktəbə gedib. Onunla G.Yaqubova arasında mübahisə düşüb. G.Yaqubova isə anası Tamara Yaqubovanı, dayısı Orxan Məmmədovu və nənəsi Tamara Məmmədovanı məktəbə çağırıb. Nəticədə 47 yaşlı Z.Zeynalova döyülərək 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

G.Yaqubovanın dayısı O.Məmmədov isə balta ilə R.Zeynalovun üzərinə hücum çəkib. R.Zeynalov və onun bacısı Təhminə Zeynalova da döyülərək bədən xəsarətləri alıb. Münaqişənin qarşısını almaq istəyən məktəbin psixoloqu Mətanət Rəhimova və direktor müavini Elnarə Məmmədova da döyülüb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları məktəbə gedib, müəllim və valideynlərin izahatı alınıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, Zəminə Zeynalova müayinə olunub və elə həmin gün də evinə buraxılıb:

“Xəstə noyabrın 24-də bizə müraciət edib. Həkimlər ona tibbi yardım edib və evinə buraxılıb. Heç bir zədə almayıb.” ( report.az )

İnterpress.az