Tokiodakı Kyorin Universitetindən psixofiziologiya mütəxəssisi Koga, bir sıra pasiyent istifadə etdiyi bir təcrübə həyata keçirib. Pasiyentlərdən bir qisminə səhər oyanan kimi dondurma verilərkən, digər qrupa dondurma verilmədi. Daha sonra 2 qrupa da kompüterdə bir sıra zehin işlər gördülər.
Dondurma yeyənlərin reaksiya müddəti daha sürətli
Dondurma yeyənlərin digərlərinə nisbətən daha sürətli reaksiya müddətləri və daha yaxşı məlumat işləmə qüvvəsinə olduğu görüldü. Dondurma yeyən pasiyentlərin beyin fəallığının müşahidə olunması nəticəsində diqqət ilə əlaqəli olan yüksək tezlikli alfa dalğalarında artım olduğu görüldü.
Koga, dondurmanın soyuqluğu səbəbindən pasiyentlərin diqqətlərinin artmış ola biləcəyi ehtimalı səbəbiylə, eyni təcrübə bu dəfə pasiyentlərə dondurma yerinə soyuq su içirdərək edib. Bu təcrübədə də soyuq su içənlərin digərlərinə görə daha diqqətli və zehni qabiliyyətlərinin yüksək olduğu görüldü. Ancaq bu dəyərlərin günə dondurma yeyərək başlayanlardan daha aşağı olduğu müəyyən edildi.
Yapon alimlərinin təcrübələri öz yerində, siz siz olun səhər yeməyi yemədən günə başlamayın.
İnterpress.az