İnterpress.az.az xəbər verir ki, dünən qəzada ölən 23 yaşlı Azər Yaqubov \”AzAL\” QSC-nin Moskvadakı nümayəndəliyinin keçmiş rəhbəri Mahir Yaqubovun oğludur.
Avtomobil qəzası dünən İsveçrənin Tiçino kantonunda baş verib. Azər Yaqubovun idarə etdiyi \”BMW X6\” markalı avtomobili Luqano gölünə düşüb. Nəticədə sürücü və yanındakı xanım sərnişin ölüb.
Rusiya mətbuatı Azər Yaqubovun sərnişinin rusiyalı iş adamı Platon Lebedevin nəvəsi, Azər Yaqubovun isə Rusiya Nazirlər Kabinetinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin bacısı oğlu olduğunu yazıb.
Azər Yaqubovun İsveçrədə təhsil aldığı bildirilir.(apa)
İnterpress.az