İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin 1 otağında və mətbəxində ev əşyaları 12 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20.10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az