İraqın Baş naziri Məsrur Bərzaninin iqamətgahına hücumun araşdırılması üçün TAPŞIRIQ VERDİbackend

İraqın Baş naziri Məsrur Bərzaninin iqamətgahına hücumun araşdırılması üçün TAPŞIRIQ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq Kürdüstanında Barzaninin iqamətgahlarına hücumu araşdırmaq üçün komissiya yaradılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İraqın Baş naziri əl-Zeydi İraq Kürdüstanının Baş naziri Məsrur Bərzaninin şəxsi kabinetinə və regionun kəşfiyyat xidmətinin rəhbərinin Ərbildəki evinə edilən hücumu araşdırmaq üçün istintaq komissiyasının yaradılması barədə tapşırıq verib.

Komissiya hücumun səbəblərini, mənbələrini və onun arxasında duran şəxsləri müəyyən etməlidir.

Baş nazir istintaqın nəticələrinin və baş vermiş hadisənin bütün təfərrüatlarının ən qısa zamanda ictimaiyyətə açıqlanmasını tapşırıb.

Xuraman Etibarlı

İnterpress.az