Gecə klubunda DƏHŞƏT: Tibb bacısı gənc müəllimənin üzünü eybəcər hala saldı – FOTObackend

Gecə klubunda DƏHŞƏT: Tibb bacısı gənc müəllimənin üzünü eybəcər hala saldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirovda tibb bacısı rəqs meydançasında gənc müəllimənin üzünü şüşə qırıqları ilə xəsarət yetirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Kirov şəhərindəki gecə klublarının birində dəhşətli insident baş verib. Rəqs meydançasında 25 yaşlı Anna təsadüfən sərxoş halda olan 37 yaşlı tibb bacısı Yekaterinaya toxunub. Bundan qəzəblənən tibb işçisi pivə şüşəsini sındıraraq gənc qadının üzərinə hücum edib.

Nəticədə zərərçəkən ağır və dərin kəsilmiş yaralar alıb.

Məlum olub ki, Anna idman ustalıq namizədi olub və voleybol üzrə vilayət yığmasında çıxış edib. Lakin aldığı ağır xəsarətlərdən sonra komandanı tərk etmək məcburiyyətində qalıb və idman karyerası dayanıb.

Onun xarici görünüşünü bərpa etmək üçün mürəkkəb plastik əməliyyat tələb olunur, tam müalicə və reabilitasiya kursu isə üç ildən çox vaxt apara bilər.

Məhkəmənin qərarı ilə tibb bacısı 4 il müddətinə azadlıqdan məhrum edilib və ona 660 000 rubl (təxminən 13 160 manat) məbləğində təzminat ödəmək öhdəliyi qoyulub.

Annanın yaxınları və vəkili hökmü həddindən artıq yüngül hesab edərək ondan şikayət etmək niyyətindədirlər.

Xuraman Etibarlı

İnterpress.az