Rusiya sakini bir banka xiyar turşusuna görə qardaşını oraqla yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Starı Oskol şəhərinin 53 yaşlı sakini qışa tədarük hazırlayıb və xüsusilə turşu xiyarları ilə fəxr edirdi. Lakin onun 58 yaşlı qardaşı bacısının evdə olmamasından istifadə edərək bütün bir banka xiyarı yeyib.
Bundan xəbər tutan qadın qisas almaq qərarına gəlib. Qardaşı yuyunarkən o, elə əlindəki oraqla kişinin üzərinə hücum çəkərək baş və kürək nahiyəsinə bir neçə zərbə endirib, daha sonra isə hadisə yerindən qaçıb.
Yaralı halda küçəyə imdad diləməyə çıxan kişini polis əməkdaşları görüb və xəstəxanaya çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






