Şelkovo ət kombinatının uşaq məhsullarında salmonella AŞKAR OLUNDUbackend

Şelkovo ət kombinatının uşaq məhsullarında salmonella AŞKAR OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şelkovo ət kombinatının uşaq düşbərələrimdə salmonella bakteriyası aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun “Vahid Yoxlamalar Reystri” məlumat yayıb.

Nümunə götürülməsi 2026-cı il mayın 6-da Moskvada hazır yeməklərin istehsalı, məktəb və məktəbəqədər uşaq müəssisələrinin sosial qidalanmasının təşkili üzrə ixtisaslaşmış iri Rusiya qida kombinatı olan “Verona Kapital” MMC-də həyata keçirilib.

Müəssisədə növbədənkənar yoxlamanın aparılmasına insan həyatı və sağlamlığına təhlükə barədə daxil olan məlumat sebəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az