Saxalində uşaq bağçasında kütləvi zəhərlənmə baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.
Saxalinin Korsakov şəhərində yerləşən 8 nömrəli uşaq bağçasında kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Səhhətinin pisləşməsini yalnız bağça tərbiyəçiləri və uşaqlar deyil, böyüklər də hiss ediblər. Ümumilikdə 30-dan çox zəhərlənmə halı təsbit edilib.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






