Səmada F-16 qırıcıları: OUN lideri Yevgeni Konovalets Ukraynada DƏFN EDİLDİ – VİDEObackend

Səmada F-16 qırıcıları: OUN lideri Yevgeni Konovalets Ukraynada DƏFN EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

OUN-un ilk rəhbəri Yevgeni Konovalets 88 ildən sonra Ukraynada yenidən dəfn edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

OUN-un (Ukrayna Millətçiləri Təşkilatı) ilk rəhbəri Yevgeni Konovaletsin nəşi Kiyev yaxınlığındakı Milli Hərbi Memorial Qəbiristanlığında, Andrey Melnik və onun həyat yoldaşı Sofiyanın məzarlarının yanında torpağa tapşırılıb.

Bura gətirilməzdən əvvəl Konovaletsin qəbri Rotterdamda eksqumasiya olunaraq Ukraynaya gətirilmişdi.

Hərbi mərasim və cənazə duası zamanı tabut Ukrayna bayrağı ilə örtülüb və daha sonra həmin bayraq prezidentə təqdim olunub.

Dəfn mərasimi hava həyəcanı siqnalı altında keçirilib, lakin mərasim dayandırılmayıb — səmada F-16 qırıcıları növbətçilik edib.

Hazırkı dəfn müvəqqəti xarakter daşıyır. Milli Yaddaş İnstitutunun rəhbəri Aleksandr Alferovun sözlərinə görə, sonradan Konovalets, Melnik cütlüyü və xaricdə dəfn olunmuş digər Ukrayna xadimlərinin nəşlərinin Kiyev-Peçersk Lavrasının ərazisindəki Ukrayna Milli Panteonuna köçürülməsi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az