Kriştianu Ronaldonu dəri xərçəngi təhlükəsi gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldonun solyari və günəş qaralma vərdişləri onun sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Təxminən 20 ildir hər gün ultrabənövşəyi şüalara məruz qalan idmançı ilə bağlı onkoloq Alina Lukina xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, solyari birinci dərəcəli kanserogenlər siyahısına daxil edilib və 30-35 yaşa qədər bu prosedurlardan müntəzəm istifadə etmək melanomaya (dəri xərçəngi) tutulma riskini 59-75% artırır. Həmçinin solyariyə hər hərəkət bu riski əlavə 1,8% yüksəldir.
Onkoloq vurğulayıb ki, 5-dən çox günəş yanğısı almaq da dəri xərçənginə tutulma ehtimalını iki dəfə artırır.
Xuraman Etibarlı
İnterpress.az






