İnterpress.az xəbər veir ki, Obamanın sonuncu fərmanına görə, 330 məhbus azadlığa çıxacaq. Əfv fərmanı əsasən cəzasının azını çəkən dustaqlara şamil olunub. Fərmandan ən çox narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olmaqdan günahkar bilinərək həbs edilən şəxslər yararlanıb.
Qeyd edək ki, Obama ötən həftə də əfv fərmanı imzalamışdı. Fərmana əsasən 209 məhbus azad edilmişdi.
Xatırladaq ki, ABŞ-ın 44-cü prezidenti Barak Obama sabah vəzifəsini sona çatdırır. 45-ci prezident olacaq Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçiriləcək və o, rəsmi səlahiyyətlərinə başlayacaq.
İnterpress.az