Tərkib:
50 qr qoz ləpəsi
100 qr badam ləpəsi
100 qr fındıq ləpəsi
350 qr şəkər tozu
5 ədəd yumurta ağı
25 qr vanil
Hil, hind qozu, alma sirkəsi, duz – hərəsindən bir çimdik
Bəzək üçün:
Badam ləpəsi
Hazırlanması:
Çərəzlər tavada qovrulub üyüdülür. Üzərinə şəkər tozu, yumurta ağı, hil, sürtgəcdən keçirilmiş hind qozu, alma sirkəsi, duz, vanil əlavə edilib zəif odda 15 dəq. (kütlə ağaranacan) qarışdırılır.
Soba listinə yağlı kağız (kalka) salınır. Soyudulmuş sıyıq şəklindəki kütlə 15 dəq. sonra mətbəx torbasına doldurulub kalkanın üzərinə gül formasında salınır.
“Acı badəm” in üzərinə bütöv badam ləpəsi qoyulub 150 dərəcəyədək qızdırılmış sobada 35 dəq. bişirilir.
İnterpress.az