Astanada Suriya üzrə görüş başladıbackend

Astanada Suriya üzrə görüş başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, ilk dəfə olaraq, rəsmi Dəməşq və müxalifət nümayəndələri eyni danışıqlar masasında oturublar.

Müzakirələrdə Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətləri iştirak edirlər.

Virtualaz.org xatırladır ki, əvvəlcədən elan edildiyinə görə, \”Rixos Prezident\” otelində keçirilən Astana danışıqları qapalı olacaq və 24 saat davam edəcək.

Onu da qeyd edək ki, ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyib, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edir.

İnterpress.az