Diş pastası və saqqızda ölüm komponenti aşkar edildibackend

Diş pastası və saqqızda ölüm komponenti aşkar edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, alimlərin fikrincə, dioksid titan kontseroqena, daha doğrusu, xərçəngin inkişafına səbəb ola bilər.
Mütəxəssislər bu qənaətə siçanlar üzərində apardıqları eksperiment nəticəsində gəliblər.
Gəmiricilərə 100 sutka ərzində E171 suyu verilib. Nəticədə 40 faizində xərçəngdən əvvəlki həzm sisteminin xəstəlikləri aşkar olunub.

E171 birləşməsi titan sənayesinin əsas məhsullarından biri sayılır. O, bir qayda olaraq yeməklərdə ağardıcı kimi istifadə olunur. Ona daha çox şirin ərzaqlarda, peçenye və saqqızlarda, eləcədə diş pastalarında və günəşdən qoruyucu kremlərdə rast gəlmək mümkündür.

Müəlliflər nəticələrin insanlar üçün nə qədər təhlükə mənbəyi olduğunu söyləməyiblər, bitərəf qalıblar.
Bu səbəbdən Fransa hakimiyyəti yeyinti sənayesində E171-dən istifadənin nə dərəcədə təhlükəli olduğunu müəyyən etmək məqsədilə genişmiqyaslı araşdırma aparılmasına qərar verib. (modern.az)

İnterpress.az