“İxtisaslaşmış jurnalistika videodərsləri” – VİDEObackend

“İxtisaslaşmış jurnalistika videodərsləri” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, layihə çərçivəsində 8 mövzu üzrə peşəkar çəkilişlər aparılıb. Layihənin təşkilatçısı olan Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Ruhiyyə Aslanova videodərslər geniş ictimaiyyətə yayımlanmadan öncə keçirilən ictimai baxış zamanı bu haqda məlumat verib.
250 nəfərə yaxın gəncin qatıldığı təlimlər haqda danışan R. Aslanova Azərbaycan Maarifçi Gənclər Təşkilatının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin \”Gənc Jurnalistlər üçün Jurnalistikaya giriş” layihəsinin davamı olduğunu bildirib.

Bu dəfə gənc jurnalistlər üçün tanınmış jurnalistlər –Adia Eyvazlı (jurnalist araşdırması), Mirsəməd Cəfərli (səyahət jurnalistikası), Rahib Qərib (hərbi jurnalistika), Ayaz Mirzəyev (beynəlxalq jurnalistika), Yaqut Əliyeva (dini jurnalistika), Günay Malikqızı (korporativ jurnalistika) və fotomüxbir Rustəm Fərman İsmayılov öz təcrübələrini bölüşüblər. Hər biri 10-15 dəqiqə davam edən videodərslər zamanı jurnalistika ilə maraqlanan gənclərə jurnalistikada ixtisaslaşmanın vacibliyindən danışılıb. Jurnalistlərin iştirakı ilə keçən ictimai baxış zamanı çıxış edən qonaqlar jurnalistlərlə öz təcrübələrini bölüşüb, gənclərə səmərəli istifadə edə biləcəkləri məsləhətlər verməklə onlara əvəzsiz imkan yaradıldığını vurgulayıblar.

Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova, ideya müəllifi Günay Malikqızı, quruluşçu operator isə Namiq İxtiyarovdur.

İnterpress.az