Yanvarın 25-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 3 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
İnterpress.az FHN-in mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil veriblər. Əməliyyat saat 01:00-da başa çatıb.
İnterpress.az