İnterpress.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib. O bildirib ki, ittihama görə R.Məmmədli küçədə gedərkən kiminləsə telefonda danışaraq söyüş söyüb. Bu zaman polis əməkdaşı ona yaxınlaşaraq sakitləşdirmək istədikdə, ona tabe olmayıb.
R.Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddəsi ilə ittiham edilib və ona 30 sutka inzibati həbs verilib.
C.Cavadov bildirib ki, R.Məmmədli ilə inzibati həbs olunanların saxlanma yerində görüşüb və izahat alıb. O, izahatında polis idarəsinin şəxsiyyət vəsiqəsi bölməsinə hansısa sənədə imza etdirmək adı ilə çağırıldığını, orada saxlanıldığını deyib. R.Məmmədli tutulmağının səbəbinin ictimai fəaliyyəti ilə bağlı olduğunu düşünür.
Vəkil qeyd edib ki, məhkəmə qərarından apelyasiya şikayəti veriləcək. (qafqazinfo)
İnterpress.az